
"Böyük Qayıdış"da final oyunu keçirilib FOTOLAR
- 26 Dek 2022 10:00
- 627
Füzuli rayonunda "Böyük Qaydış" adlı futbol çempionatında açılış və final oyunları keçirilmişdir.
Rekord.az xəbər verir ki, çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala 6 saylı məktəbin "Qayıdış" və UGİŞM komandası üz-üzə gəlib.
Maraqlı və gərgin keçən final oyununda UGİŞM-nin futbol komandası qələbə qazanaraq turnirin qalibi adını qazanıb. Final mərhələsində layihə rəhbəri Quliyev Mirdamet İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış edərək futbolçulara öz ürək sözlərini deyib. Finalda qalib gələn komandaya kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilmişdir.