"Böyük Qayıdış" futbol çempionatı layihəsi oyunlarının açılış mərasimi keçirilib. "Rekord.az" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibi olan Füzuli rayon Qayıdış qəsəbəsi 6 nömrəli tam orta məktəbin müəllimi Quliyev Mirdamet İbad oğlunun bu layihəsi rəmzi olaraq Qarabağa qayıdışımızın başlanğıcı sayılan Cocuq Mərcanlıda təşkil olunub.


Açılış mərasimində Qarabağ Regıonal Təhsil idarəsi Füzuli rayon Təhsil sektorunun inspektoru Nurlan Məstəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Füzuli nümayəndəliyinin əməkdaşı Seyfəddin Maqsudov, Füzuli rayon Gənclər və İdman idarəsinin nümayəndəsi layihənin eksperti Ehtiram Sadıqzade, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov iştirak ediblər.

 

Turnirdə Füzuli rayonunu təmsil edən 8 orta məktəb komandası iştirak edəcək. Bunlar Horadiz qəsəbəsi 1 saylı, Horadiz qəsəbəsi 2 saylı, həmçinin  Arayatılı, Qazaxlar, Şükürbəyli, Babı, Əhmədallılar və Cocuq Mərcanlı kənd tam orta məktəbləridirlər.