
"Borussiya"nın futbolçusu beş klubum hədəfində
- 2022-09-24 15:45
- 237
"Liverpul", "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqhemlə maraqlanır.
Rekord.az xəbər verir ki, bu barədə "Athletic"nəşri məlumat yayıb.
İngiltərəli futbolçunun Bundesliqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
Dortmund təmsilçisi daha yaxşı şərtlərlə sözləşmənin uzadılmasını təklif etmək niyyətindədir.