"Borussiya" İngiltərənin "Birmingem" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin transferini bitirib.

Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin keçidini 23 milyon avroya həll edib.

İngilis futbolçu ilə 5 illik müqavilə imzalanıb. Bellinqem "Birmingem"in yetirməsidir. Gənc futbolçu bu mövsüm 38 oyunda 4 qol vurub, 3 assist edib.

"Borussiya" bundan öncə PSJ-dən ayrılan belçikalı cinah müdafiəçisi Toma Menyeni transfer etmişdi.