Sofiyanın ÇSKA klubunun, Bolqarıstan milli komandasının keçmiş oyunçusu və məşqçisi, ölkədə 20-ci əsrin ən yaxşı məşqçisi adına layiq görülən Dimitar Penev vəfat edib.


Rekord.az Bolqarıstan Futbol İttifaqına istinadən xəbər verir ki, tanınmış mütəxəssis 80 yaşında həyatla vidalaşıb.


Penev futbolçu karyerası ərzində 8 dəfə, baş məşqçi kimi 3 dəfə Bolqarıstan çempionu olub. İki dəfə ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.


Sabiq müdafiəçi milli komandada keçirdiyi 90 oyunda 2 qol vurub. 1966, 1970 və 1974-cü illərdə dünya çempionatında iştirak edib.


Bolqarıstan yığması onun rəhbərliyi altında 1994-cü ildə ABŞ-də keçirilən mundialda tarixinin ən yaxşı nəticəsinə (4-cü yer) imza atıb.