
Bölgə komandasında sərt qadağa: açıqlama və müsahibə olmaz
- 11:00
- 72
Ötən mövsüm "Region Liqası"nın qalibi olaraq II Liqaya vəsiqə qazanan "Xankəndi"də sərt qadağalar tətbiq olunub.
Rekord.az xəbər verir ki, qadağa mətbuatla ünsiyyətlə bağlıdır.
Hətta bununla bağlı klub prezidenti tərəfindən kodeks hazırlanıb, futbolçulara və baş məşqçi İbrahim Uzuncaya imzalatdırılıb. Kodeksə görə rəhbərliyin icazəəsi olmadan heç bir futbolçu, hətta baş məşqçi belə, mətbuata açıqlama verə bilməz. Bunun üçün jurnalist klubun mətbuat xidmtinə müraciət etməli, mətbuat xidməti isə rəhbərlikdən icazə almalıdır. Bundan sonra isə hansısa açıqlama, yaxud müsahibə ancaq online formada mümkündür. Suallar mətbuat xidmətinə göndərilməli, onlar isə baş məşqçiyə, futbolçuya təqdim etməlidir. Sual cavablandırılandan sonra da eyni qaydada geri göndərilməlidir.