Argentinanın “Boka Xuniors” klubu futbolçusu Karlos Tevesin müqaviləsinin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı hücumçuyla yeni – bir illik müqavilə imzalanıb. Teves 2018-ci ilin yanvarından “Boka Xuniors”da çıxış edir.

Karyerası ərzində “Mançester Yunayted”, “Yuventus”, “Vest Hem” kimi klubların formasını geyinən Teves, 76 dəfə də Argentina millisinin şərəfini qoruyub.