Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi rəqəmlərin gözü ilə
- 16:40
- 29
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək.
Rekord.az xəbər verir ki, mərhələnin matçları üç günü əhatə edəcək.
1/8 final cütlərindən yalnız ikisində üz-üzə gələcək komandaların kubokdakı yolları əvvəlki illərdə də kəsişib. Digər 6 cüt isə ilk dəfə kubokda qarşılaşacaq. Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Bizon Azərbaycan Kuboku
1/8 final
2 dekabr (çərşənbə axşamı)
“Zirə” – “Neftçi” – 10 oyun, +4=3-3, top fərqi 6-9
“Zirə” son iki görüşdə qol vurub. Qəsəbə klubunun meydanındakı son 4 görüşdə 1-dən artıq qol olmayıb.
| 2016/17 | 1/4 final | Zirə (Bakı) - Neftçi (Bakı) | 0:3, 2:1 |
| 2017/18 | 1/4 final | Zirə (Bakı) - Neftçi (Bakı) | 1:0, 0:2 |
| 2020/21 | 1/4 final | Neftçi (Bakı) - Zirə (Bakı) | 0:1, 0:0 |
| 2021/22 | 1/2 final | Zirə (Bakı) - Neftçi (Bakı) | 0:0, 0:0, pen.4:2 |
| 2022/23 | 1/4 final | Zirə (Bakı) - Neftçi (Bakı) | 1:0, 1:3 |
4 dekabr (cümə axşamı)
“Araz-Naxçıvan” – “Kəpəz” – 2 oyun, +0=1-1, top fərqi 0-0
Komandalar arasındakı iki matçdan yalnız biri baş tutub və qolsuz başa çatıb. Cavab görüşündə isə texniki nəticə qeydə alınıb.
| 2001/02 | 1/8 final | Araz (Naxçıvan) - Kəpəz (Gəncə)* | 0:0, -:+ |
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.