Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyun cədvəli məlumdur.

Sports.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin altı oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.


2 dekabr (çərşənbə axşamı)

“Şahdağ Qusar” – “Turan Tovuz”
“SOCAR Polymer Arena”, 15:00

“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:00 

3 dekabr (çərşənbə)


“Şamaxı” – “Baku Sportinq”
Şamaxı şəhər stadionu, 14:00 (canlı / pfl.az)

“İmişli” – “Sabah”
Quba OİK stadionu, 14:00

“Qarabağ” – “Karvan-Yevlax”
“Azersun Arena”, 19:00

4 dekabr (cümə axşamı)

“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 15:00

“Araz-Naxçıvan” – “Kəpəz”
“Liv Bona Dea Arena”, 19:00

“Difai” – “Sumqayıt”
M. H. adına Sumqayıt şəhər stadionu, 19:00 (canlı / pfl.az)


Qeyd 1: “Şahdağ Qusar” klubunun ev oyunlarını keçirdiyi Şamaxı OİK stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından “Şahdağ Qusar” - “Turan Tovuz“ oyunu “Socar Polymer Arena”da baş tutacaq. 

Qeyd 2: Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. 

Qeyd 3: Misli Premyer Liqasının iştirakçılarının bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq  olunacaq.