
Birinci Divizionda püşkatma mərasiminin vaxtı açıqlandı
- 14 Avq 2021 20:46
- 554
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, mərasim 18 avqust tarixində AFFA-nın inzibati binasında baş tutacaq.
Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.
Qeyd edək ki, I Divizionda yeni mövsüm 13 sentyabrda start götürəcək.