Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu turun oyun cədvəli məlum olub.

Rekord.az sizi növbəti turun proqramı ilə tanış edir.

Qeyd edək ki, Tovuz şəhər stadionunda əsaslı təmir işləri davam etdiyi üçün “Turan Tovuz” MOİK klubunu Gəncə şəhər stadionunda qəbul edəcək.

Birinci Divizion
10-cu tur

13 dekabr

“Neftçi-2” – “Zaqatala”
Türk Hava Yolları futbol mərkəzi (IV meydança), 13:00

“Kəpəz” – “Sabah-2”
Gəncə şəhər stadionu, 14:00

“Qaradağ Lökbatan” – “Qarabağ-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00

“Sumqayıt-2” – “Keşlə-2”
“Kapital Bank Arena” (ehtiyat meydança), 14:00

14 dekabr

“Turan Tovuz” - MOİK
Gəncə şəhər stadionu, 14:00