Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində İncəsənət məktəbinin idman zalında sərbəst güləş idman növü üzrə təcrübəli məşqçi Ağaddin Abıyev tərəfindən ustad dərsləri keçirilmişdir.

Rekord.az xəbər verir ki, ustad müəllim idmançılara güləş idman növünün taktiki-texniki xüsusiyyətlərindən və yeni qaydaları barədə ətraflı məlumat verərək nümunələr göstərdi.

Sonda xatirə şəkili çəkilmişdir.