Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İncəsənət Məktəbinin idman zalında 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş uşaq və yeniyetmələr arasında sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, idarə rəisi Azad Quliyev əvvəlcə idmançıları idman bayramı münasibətilə təbrik etdi, birincilikdə iştirak edən bütün idmançılara uğurlar arzulayıb.

Bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd idmançıların yarış təcrübəsinin artırılması, zona və respublika səviyyəli yarışlar üçün idmançıların müəyyən edilməsidir.

Birincilikdə 65 idmançı öz qüvvələrini sınayıb. Qalib idmançılar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif ediliblər.