“Tottenhem”in futbolçusu Qaret Beyl zədələnib.

Rekord.az Goal.com-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərə Kubokunun 1/4 finalında “Stok Siti” ilə matçda (3:1) xəsarət alıb. O, görüşün ikinci hissəsi başlamazdan əvvəl əvəzlənib.

Baş məşqçi Joze Mourinyo qarşılaşmadan sonra bu barədə danışıb:

“Əvəzlənməsi Beylin öz qərarı idi. Nəyinsə səhv getdiyini hiss edirdi. Fasilə vaxtı paltardəyişmə otağına daxil olanda dərhal bu barədə mənə dedi. Problemin nə qədər ciddi olduğunu bilmirəm. Müayinənin nəticələrini gözləmək lazımdır”.

Qeyd edək ki, “Tottenhem” Beyli bu yay “Real”dan icarəyə götürüb. O, bu mövsüm 11 oyuna çıxıb və 3 qol vurub.