
“Beşiktaş”ın futbolçusu əməliyyat olundu
- 08 Noy 2022 20:24
- 425
“Beşiktaş”ın futbolçusu Raşid Gezzal əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçinin ABŞ-da edilən əməliyyatı uğurla yekunlaşıb. Əlcəzairli vinger tez bir zamanda reabilitasiyaya başlayacaq.
Xatırladaq ki, Raşid Gezzal bu mövsüm "Beşiktaş"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda alıb.