
“Beşiktaş”ın 1/4 finaldakı rəqibi bəlli oldu
- 11 Fev 2022 18:41
- 479
Futbol üzrə Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Rekord.az xəbər verir ki, “Beşiktaş”ın da növbəti rəqibi bəlli olub.
İstanbul təmsilçisi yarımfinala vəsiqə uğrunda “Kayserispor”la qarşılaşacaq. “Trabzonspor” isə “Antalyaspor”la mübarizə aparacaq.
1/4 final matçları bir oyundan ibarət olacaq. Bu mərhələnin oyunları 1, 2 və 3 martda keçiriləcək. Yarımfinal görüşləri isə ev-səfər prinsipi ilə təşkil olunacaq. İlk oyunlar 19, 20 və 21 martda, cavab görüşləri isə 10, 11 və 12 mayda baş tutacaq.
Türkiyə kuboku
1/4 final
Trabzonspor - Antalyaspor
Sivasspor - Fatih Karagümrük
Alanyaspor - Qaziantep
Beşiktaş - Kayserispor
Yarımfinal
Trabzonspor/Antalyaspor - Beşiktaş/Kayserispor
Alanyaspor/Qaziantep - Sivasspor/Fatih Karagümrük