“Beşiktaş”dan ayrılan futbolçu “Fənərbağça”da
- 09 Yan 2026 10:30
- 57
"Fənərbağça" klubu "Beşiktaş"la yollarını ayıran təcrübəli qapıçı Mert Günoku transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul nəhəngi öz yetirməsi olan 36 yaşlı qolkiperlə 2.5 illik müqavilə imzalayıb.
Xatırladaq ki, peşəkar karyerasına “Fənərbağça”da başlayan qapıçı klubla birlikdə 2 dəfə Super Liqa, 2 dəfə Türkiyə Kuboku və 2 dəfə superkubokun qalibi olub.
Bundan başqa, karyerası ərzində “Bursaspor” və “Başakşəhər” formalarını da geyinən Mert Günok “Başakşəhər”lə Super Liqa çempionluğunu qazanıb.
Qapıçı 2021-ci ilin yayında transfer olunduğu “Beşiktaş”da isə 2 superkubok və 1 Türkiyə Kuboku qazanıb.
"Beşiktaş"ın gənc futbolçusu Yakup Arda Kılıçla bağlı yeni qərarını açıqlayıb. “Ağ-qaralar" 21 yaşlı vingeri mövsümün sonuna qədər icarəyə göndərib. Futbolçu 3-cü liqada çıxış edən "Karşıyaka"ya müvəqqəti transfer olunub.
"Beşiktaş"ın öz yetirməsi olan Yakup Arda əsas komandanın heyətində indiyədək 4 rəsmi oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Cinah hücumçusu cari mövsümün ilk yarısını icarə əsasında Serbiyada keçirib.