“Beşiktaş” daha bir futbolçusu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, Gökhan Gönül İstanbul klubundan getməyə qərar verib.

Bu barədə sözügedən oyunçu sosial şəbəkə hesabında məlumat yayıb. O, 2016-cı ildən uğurları üçün çalışdığı kollektivlə vidalaşıb.

35 yaşlı futbolçu bu illər ərzində “Beşiktaş”la bir dəfə Türkiyə çempionu olub. 

Xatırladaq ki, “Beşiktaş” daha öncə Kevin-Prins Boatenq və Burak Yılmazla yollarını ayırdığını rəsmən açıqlamışdı. Caner Erkinin də “qara qartallar”la vidalaşmağa hazırlaşdığı bildirilir.