"Beşiktaş" klubu "Neftçi"nin ukraynalı müdafiəçisi Anton Krivatsyukun xidmətində maraqlıdır.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı futbol meneceri Erkin İbrahimov "İdman" TV-də yayımlanan "Mərkəz xətti" verilişində deyib.

İbrahimovun sözlərinə görə, İstanbul nəhənginin baş meneceri Azərbaycandan iki futbolçunun adını rəhbərliyə təqdim etdiyini bildirib ki, həmin futbolçulardan biri də məhz Krivatsyukdu. Digər futbolçu isə Mahir Əmrəlidir.