"Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev köməkçisi Yunis Hüseynovun son zamanlar millinin baş məşqçisi Ayxan Abbasovun ünvanına söylədiyi xoş olmayan fikirlər, ittihamlara münasinət bildirib.

Rekord.az xəbər verir ki, o, bütün bunlardan xəbərsiz olduğunu deyib: "Bu haqda olan xəbərləri oxumuram. Ona görə də heç nədən xəbərim yoxdur. Mən ümumiyyətlə, Rusiyada olanda da mətbuatı oxumurdum və orada haqqımda yazılanlar mənim üçün maraqlı deyil. Mən bütün fikrimi öz işimə yönəldirəm".