Berdiyev də Tovuz stadionunun durumundan narazıdı
- 11:00
- 62
"Turan Tovuz"la Tovuzda keçirilən qarşılaşmadan sonra "Sabah"ın baş məşqçisi Dambrauskas ot örtüyündən şikayətlənmiş, "Azərbaycanda futbolun inkişafını istəyiriksə, bu cür meydançalarda futbol oynanılmamalıdır" açıqlamasını vermişdi.
Rekord.az litvali mütəxəssisin fikirinə "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyevin də münasibətini öyrənib.
Rusiyalı mütəxəssisin sualımıza cavabı qısa olub: "Bu fikirlərlə razıyam. Bunu bəhanə kimi göstərmək istəməzdim. Amma bu cür meydançada oynamaq həqiqətən də mümkün deyil".