"Bayern"in hücumçusu Maykl Olise Almaniya Bundesliqasında noyabr ayının ən yaxşı futbolçusu seçilib.


Rekord.az xəbər verir ki, fransalı oyunçu ötən ay keçirdiyi 6 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə edib.


Ümumilikdə, Olise 2025/2026 mövsümündə bütün yarışlarda 23 matça çıxıb, 9 dəfə fərqlənib və 14 assist edib.


23 yaşlı futbolçu 2024-cü ilin yayından Münhen təmsilçisində çıxış edir.