“Bayern”in yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.


Rekord.az ESPN-ə istinadən xəbər verir ki, o Münhen komandasının turnirdə qol vuran ən gənc futbolçusu olub.


Almaniyalı oyunçu Liqa mərhələsinin III turunda "Brügge"yə (Belçika) qarşı matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib. O, qol vurarakən 17 yaş 242 günlüyündə olub.


"Bavariya"da əvvəlki rekord yarımmüdafiəçi Camal Musialaya aid idi. O, 2021-ci ilin fevralında UEFA Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə oyunda fərqlənərkən Karldan 121 gün böyük olub.


Qeyd edək ki, 2025/2026 mövsümündə L.Karl bütün turnirlərdə meydana çıxıdığı 9 oyunda 1 qola və 1 məhsuldar ötürməyə imza atıb.