“Bayern”də yeni məşqçi təyinatı
- 15:40
- 30
Almaniyanın "Bayern" klubunda məşqçi təyinatı olub.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Daniel Fredli əsas komandanın baş məşqçisi Vensan Kompaninin köməkçisi təyin edilib.
O, daha əvvəl İngiltərənin "Mançester Siti" komandasında Xosep Qvardiolanın məşqçilər heyətində yer alıb.