
"Bavariya"nın futbolçusu "Yuventus"un hədəfində
- 26 Dek 2022 16:42
- 395
"Yuventus" "Bavariya"nın futbolçusu Benjamen Pavarı istəyir.
Rekord.az "Calciomercato"ya istinadən xəbər verir ki, "qoca sinyora" Fransa millisinin üzvü üçün Münhen klubu ilə danışıqlara başlayıb.
"Barselona" da 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır. Amma futbolçu ona mərkəz müdafiəçisi kimi ehtiyac duyan komandaya keçməyə razılıq verəcək.
26 yaşlı futbolçunun "Bavariya" ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.