"Bavariya"nın futbolçusu Kinqsli Koman klubunun əfsanəsi olmaq istəyir.

Rekord.az "Bayern & Germany Tvitter" səhifəsinə istinadən  xəbər verir ki, bu barədə o, özü məlumat verib:

“Mənim kumirim Ronaldinyo idi . Məhz onun sayəsində futbol oynamağı düşündüm Amma Riberi əfsanədir və bəyəndiyim oyunçudur. Onun səviyyəsinə, nailiyyətlərinə çatmaq üçün çox çalışmalıyam. Mən də "Bavariya"nın əfsanəsi olmaq istəyirəm. Ancaq mən Kinqsli Komanam, növbəti Riberi deyiləm”.