"Bavariya" heyətinə yeni futbolçu cəlb edib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi "Sankt Pölten"dən (Avstriya) Emilian Metunu alıb. 17 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Lakin oyunçu Bundesliqa təmsilçisinə yayda qoşulacaq. O, əvvəlcə əvəzedici heyətdə mübarizə aparacaq.

Qeyd edək ki, Metu bu mövsüm komandası üçün 2 matç keçirib.