"Bavariya" bu qapıçı ilə danışıqlara başladı
- 12 Dek 2022 12:45
- 456
Manuel Noyerin xizək sürərkən ayağını sındırması və mövsümü erkən başa vurması səbəbindən qapıçı axtarışına çıxan "Bavariya" deyəsən istədiyini Xorvatiyada tapıb.
Rekord.az "Bild"ə istinadla xəbər verir ki, alman nəhəngi Xorvatiya millisinin qapıçısı Dominik Livakoviçlə danışıqlara başlayıb.
Danışıqlar uğurlu alınsa, onunla ilin sonuna qədər müqavilə bağlanacaq.