Argentina futbolunujn canlı əfsanələrindən olan Qabriel Batistuta Leonel Messi haqda danışıb.

Rekord.az xəbər verir ki, "Batiqol" həmyerlisi haqda ürək dolu tərif yağdırıb: “Əziz Leo, təbrik edirəm! Rekord 20 il mənə məxsus idi və mən bundan həzz alırdım. Bugün idə bnu sizinlə bölüşmək mənim üçün bir zövq və böyük şərəfdir. Ümid edirəm ki, növbəti matçda rekord qıracaqsınız!”

Qeyd edək ki, dünya çempionatlarının final mərhələlərində hər iki futbolçunun aktivində 10 qol var və Messi yarımfinalda fərqlənsə vahid rekordsmen olacaq.