Türkiyə çempionu “Başakşəhər” hücumçusu Robinyo ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı futbolçunun başa çatan müqaviləsinin yenilənmədiyi bildirilib.

36 yaşlı oyunçu İstanbul təmsilçisinə mövsümün əvvəlində "Sivaspor"dan keçmişdi.

“Başakşəhər” digər futbolçusu Mehmet Topalla da bağlı qərarını açıqlayıb. Bu mövsüm üç fərqli klubla çempionluq yaşayan ilk türk futbolçu ünvanına sahib çıxmaqla qardaş ölkə futbolunun tarixinə keçən yarımmüdafiəçinin müqaviləsi daha bir illik uzadılıb. Ötən mövsümün əvvəlində 1+1 illik şərtilə transfer olunan futbolçunun müqaviləsi avtomatik yenilənib.