Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko qışda "Barselona"ya keçidinin baş tutmamasına aydınlıq gətirib.

Rekord.az xəbər verir ki, "Ayaks"ın futbolçusu Kataloniya klubuna transfer edilə bilməməsində görə öz komandasını günahlandırıb:

"Barselona"ya keçməyim üçün unikal imkanım yaranmışdı. Bu, mənim uşaqlıq arzum idi.

Ancaq hazırki komandam "Barselona"ya keçidimə kömək etmədi. Həqiqətən də çox təəssüflənirəm. Peşəkar olmağım özümə ziyan etdi".