"Sevilya"nın futbolçusu Jül Kunde "Çelsi"yə keçməyib.

Rekord.az xəbər verir ki, fransalı "Barselona"da oynamaq üçün London klubundan imtina edib.

Fransa millisinin üzvü "Barsa"da oynamaq istəyib.

Onun yaxın günlərdə Kataloniya klubuna keçidi baş tutacaq.

2019-cu ildə "Bordo"dan "Sevilya"ya keçmiş 23 yaşlı futbolçu "Çelsi"də oynamaq istəmədiyini Əndəlusiya klubunun rəhbərliyinə çatdırıb.