
“Barselona”nın müdafiəçisinin zədəsi ciddi deyil
- 15:20
- 37
“Barselona”nın müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının “Nyukasl”la oyununda (2:1) zədələnərək əvəzlənib.
Rekord.az xəbər verir ki, 18 yaşlı futbolçu 69-cu dəqiqədə yerini Andreas Kristensenə verib.
Bu əvəzləmə ehtiyat xarakteri daşıyıb. Kubarsi ciddi xəsarət almayıb, sadəcə narahatlıq hiss edib.
“Barselona”nın qələbəsini Markus Reşfordun dublu təmin edib. Hans-Diter Flikin komandası La Liqanın 5-ci turunda, sentyabrın 21-də doğma meydanda “Xetafe” ilə qarşılaşacaq.