“Barselona”nın futbolçusu əməliyyat olundu
- 14:40
- 32
“Barselona”nın müdafiəçisi Hektor Fort hazırda icarə əsasında çıxış etdiyi “Elçe”də zədələnib.
Rekord.az xəbər verir ki, 19 yaşlı futbolçu ötən turun “Rayo Valyekano”ya qarşı oyununda 6-cı dəqiqədə qol vurmağı bacarıb.
Ancaq matçın 12-ci dəqiqəsində çiyninin çıxması səbəbindən meydanı tərk etməli olub. İspaniyalı futbolçu artıq əməliyyat olunub. Onun bərpasının bir neçə həftə davam edəcəyi gözlənilir.
Hektor Fort bu mövsüm “Elçe”nin heyətində keçirdiyi 12 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. “Barselona” rəhbərliyi onun icarə dövründəki çıxışından razıdır və hesab edir ki, Fort növbəti mövsümdə Hans-Diter Flikin komandasında əsas heyət uğrunda mübarizə apara biləcək.