Ekvadorun "Barselona" klubunun müdafiəçisi Mario Pineyda 34 yaşında ölüb.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu cinayətkarların hücumuna məruz qalaraq həyatını itirib.


Ekvador mətbuatı onun həyat yoldaşının da həlak olduğunu, anasının isə yaralandığını vurğulayıb.


Pineyda 2016-cı ildən "Barselona"nın formasını geyinirdi. O, klubla iki dəfə Ekvador çempionu olub, həmçinin ölkə kubokunu qazanıb.


Qeyd edək ki, Mario Pineyda karyerası ərzində Ekvadorun "İndependyente del Valye" və "Nasyonal", Braziliyanın "Fluminense" klublarında da forma geyinib.