İspaniyanın "Barselona" klubunun 53 oyunluq seriyası başa çatıb.


Rekord.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin qol vurmaq seriyası qırılıb.


Bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda İngiltərənin "Çelsi" kollektivinə uduzduqları matçda (0:3) reallaşıb.


"Barselona" son olaraq 2024-cü il dekabrın 15-dəki qarşılaşmada rəqib qapısına yol tapa bilməyib. Komanda həmin vaxt "Leqanes"ə məğlub olub - 0:1.