"Barselona"nın futbolçusu Ronald Arauxo Uruqvay millisi ilə DÇ-2022-də iştirak edə bilər.

Rekord.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

“Barselona” 23 yaşlı müdafiəçiyə yığmaya qoşulması üçün icazə verib. Hazırda zədəli olan oyunçu bərpa prosesini tez tamamlayarsa, DÇ-2022-də oynaya bilər. Futbolçunun millidə bərpa prosesini uruqvaylı həkimlər və “Barselona”nın reabilitasiya mütəxəssisi izləyəcək.

Qeyd edək ki, Ronald Arauxo sentyabr ayında Uruqvay və İran arasında yoldaşlıq oyununda (0:1) zədələnmişdi. Futbolçu daha sonra əməliyyat olunmuşdu. Əməliyyatdan sonra bərpa prosesinin 3 ay vaxt aparacağı bildirilirdi.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.