"Barselona"dan Avropa rekordu
- 04 Yan 2026 17:20
- 50
“Barselona” İspaniya La Liqasında ardıcıl qol vurduğu oyunların sayını 39-a yüksəldib.
Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi ötən gecə 18-ci tur çərçivəsində “Espanyol”la qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.
"Barselona" futbolçuları sonuncu dəfə bir ildən artıqdır ki, La Liqa matçını qolsuz başa vurublar. Bu, 15 dekabr 2024-cü ildə “Leqanes”lə oyunda qeydə alınıb və görüş “Barselona” üçün 0:1 hesablı məğlubiyyətlə yekunlaşıb.
Həmin tarixdən sonra Kataloniya klubu La Liqada keçirdiyi 39 oyunun hamısında qol vurub. "Opta"nın məlumatına görə, bu göstərici hazırda Avropanın top-5 liqaları arasında ən yaxşı seriya hesab olunur. Sözügedən müddət ərzində “Barselona” rəqib qapılarına ümumilikdə 105 qol vurub.