"Barselona" mərkəz müdafiəçisi Erik Qarsiyanın müqaviləsinin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədərdir.


Qarsiya "Barselona" akademiyasının yetirməsidir. O, cari mövsümdə komandasının heyətində 22 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.