
"Barselona" rəhbərliyi di Mariyanı istəməyib
- 21 Dek 2022 11:43
- 396
2021/2022 mövsümünün sonunda PSJ-dən ayrılaraq azad agent statusuna yiyələnmiş Anxel Di Maria 2022-ci ilin mayında "Barselona"ya xidmətlərini təklif edib.
Rekord.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin baş məşqçisi Xavi bu transferin əleyhinə olmayıb.
Amma "Barsa" rəhbərliyi argentinalının yaşını əsas gətirərək ondan imtina edib.
Sonradan Di Mariya "Yuventus"la anlaşıb.