
“Barselona” “Real”la oyuna yeni loqolu formalarla çıxacaq
- 20:00
- 47
“Barselona” ilə “Real” arasında keçiriləcək növbəti “el-klasiko” xüsusi dizaynlı formalarla yadda qalacaq.
Rekord.az xəbər verir ki, “Spotify” ilə sponsorluq əməkdaşlığı çərçivəsində Kataloniya klubunun futbolçuları hər dəfə “Real”la oyuna musiqiçilərə həsr olunmuş geyim forması ilə çıxırdılar.
Oktyabrın 26-da Madriddə keçiriləcək qarşılaşmada isə “Barselona” məşhur britaniyalı müğənni Ed Şiranı ön plana çıxaracaq.
Şiran futbol həvəskarıdır və İngiltərənin “İpsviç” klubuna azarkeşlik edir. Onun “Barselona” ilə birbaşa bağlılığı barədə məlumat verilməyib.
Hazırda La Liqanın turnir cədvəlində “Real” birinci, “Barselona” isə ondan 2 xal geri qalaraq, ikinci pillədə qərarlaşıb.