“Barselona” rəhbərliyi Adama Traorenin çıxışından razı qaldığına görə onunla rəsmi müqavilə imzalamaq istəyir.

Rekord.az xəbər verir ki, “Vulverhempton” futbolçusu mövsüm sonuna qədər “Barsa”ya icarəyə verilib.

Kataloniya klubunun Traoreyə görə ingilislərə ödəyəcək pulu yoxdu.

Buna görə, onlar Fransişku Trinkanı Premyer Liqa klubuna azad agent statusu ilə buraxmağa hazırdı.

Hazırda Trinkan da “Vulverhmepton”da icarə əsasında çıxış edir. İki klub hələ ki, razılıq əldə etməyib.