"Atletiko"nun futbolçusu Antuan Qrizmann La Liqanın 23-cü turunda "Barselona"ya qarşı oyunu buraxacaq.

Rekord.az "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu hələ zədəsini sağaltmayıb və Madrid təmsilçisinin bugünkü məşqində iştirak etmir.

Qeyd edək ki, "Atletiko" Qrizmannı bu mövsümün əvvəlində birdəfəlik almaq hüququ ilə Kataloniya klubundan icarəyə götürüb. O,  indiyədək La Liqada 13 matçda 3 qol vurub.

Əlavə edək ki, "Barselona" - "Atletiko" görüşü fevralın 6-ı keçiriləcək.