
"Barselona" "Atletiko"nu məğlub etdi
- 06 Fev 2022 23:20
- 465
İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün turun mərkəzi matçında "Barselona" "Atletiko"nu qəbul edib. 6 qolun vurulduğu oyunda kataloniyalılar qalib gəlib - 4:2.
"Barselona" - "Atletiko" - 4:2
Qollar: Alba, 10, Qavi, 21, Arajuo, 43, Alveş, 49 - Karrasko, 8, Suares, 58
Qırmızı vərəqə: Dani Alveş, 69 ("Barselona")
Bu nəticədən sonra "Barselona" xallarını 38-ə çatdırıb və "Atletiko"nu qabaqlayaraq 4-cü pilləyə yüksəlib. Madrid klubu isə 36 xalla 5-cidir. Lider "Real" 50 xala malikdir.