"Barselona" əzəli rəqibi olan "Real"ın futbolçusu Asensionun transferində israrlıdır.

Rekord.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçuya növbəti dəfə təklif göndərib.

Futbolçu hələ ki, Madriddə qalmağı üstün tutur. Lakin əsas heyətdə oynamaqla bağlı Xavidən təminat alacağı halda onun qərarını dəyişəcəyi istisna edilmir.