Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Vətən müharibəsi şəhidləri İbrahimov Ayaz Sultan oğlu və Novruzlu Ümid Bahadur oğlunum xatirəsinə həsr olunmuş şahmat birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Vətənin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən igidlərimizi gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Şəhidlərimizin ailə üzvləri təşkilatçılığa görə təşəkkürlərini bildirib, qəhrəmanlarımızın xatirəsinin yaşadılması yönündə görülən işlərin sevindirici olduğunu ifadə ediblər. Yarışın fəxri qonaqları olan şəhid ailələrinə təşəkkürnamə təqdim olunub.

İlk üçlük diplom, həvsləndirici yer sahibləri isə fəxri fərmanlarla təltif olunub.

Oğlanlar

1-ci yer - Əli Mahmudlu

2-ci yer - Nəqi Əsgərli

3-cü yer - Həsən Hüseynzadə

Qızlar

1-ci yer - Nigar Qənbərli

2-ci yer - Fizzə Əsgər

3-ci yer - Ayşən Zeynallı