
Azərbaycanlı hakimə ÇL təyinatı
- 11:30
- 38
FİFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Rekord.az xəbər verir ki, O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında ədaləti qoruyacaq.
Həmyerlimiz oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznica-Grad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) - “Luxol St.Andreus” (Malta) görüşündə üçüncü hakim olacaq. K. Əmiraslanov oktyabrın 30-da keçiriləcək “Luxol St.Andreus” - “Loznica-Grad 2018” qarşılaşmasında isə birinci hakim funksiyasını yerinə yetirəcək. Qrupun 3-cü turunun oyunlarına təyinatlar hələ açıqlanmayıb.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.