Ukraynanın “Aleksandriya” komandasına yeni baş məşqçi təyin edilib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Ruslan Rotanla 2,5 illik müqavilə imzalayıb.

Ukraynaın U-21 yığmasına da rəhbərlik edən mütəxəssis Avropa çempionatından sonra yalnız “Aleksandriya”da işləyəcək.

“Aleksandriya”da Azərbaycanın U-21 yığmasının üzvü Emil Mustafayev çıxış edir.