
Azərbaycanlı futbolçu Polşada qol vurdu, komandası kubok qazandı
- 19 İyn 2021 15:00
- 946
Azərbaycanlı futbolçu Fuad Bayramov Polşada region kubokunun qalibi olub.
Rekord.az .xəbər verir ki, onun çıxış etdiyi KSZO klubu kubokun finalında “Çarni” komandası ilə qarşılaşıb.
KSZO-nun 4:3 qalib gəldiyi görüşdə Fuad 20-ci dəqiqədə möhtəşəm qola imza atıb. Bayramovun cərimə meydançasının kənarından vurduğu zərbə "doqquzluğ"a gedib. Bu onun Polşada yeddinci qolu olub.
26 yaşlı yarımmüdafiəçi fevral ayından Polşa klubuna transfer olunub.