
Azərbaycanlı futbolçu Polşa klubunda
- 11 Fev 2022 17:22
- 487
Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam təmsilçisinin əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb. Futbolçu U-19 millimizdə də çıxış edib.